Modern.az

Evdən 8 min manatlıq qızıl oğurlandı

Evdən 8 min manatlıq qızıl oğurlandı

Aktual

25 Oktyabr 2019, 19:59

Tovuzda evdən 8 min manatlıq qızıl oğurlanıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, oktyabrın 18-də Tovuz Rayon Polis Şöbəsinə rayonun Qovlar şəhər sakini ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq, oradan 8000 manat dəyərində qızıl-zinyət əşyaları oğurladığını bildirib.

 

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qovlar şəhər sakini, Ayaz Qasımov saxlanılaraq şöbəyə gətirilib. Dindirilmə zamanı o törətdiyi oğruluq hadisəsini etiraf edib.

 

Faktla bağlı araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı