Modern.az

AMEA-nın bu institutları ləğv edilir? - Rəsmi AÇIQLAMA

AMEA-nın bu institutları ləğv edilir? - Rəsmi AÇIQLAMA

مورد توجه

20 Dekabr 2019, 11:10

“AMEA-nın iki institutunun – Qafqazşünaslıq və Elm Tarixi institutlarının ləğvi ilə bağlı hər hansı rəsmi qərar yoxdur”.

 

Bu barədə Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat katibi Ağahüseyn Şükürov adıçəkilən institutların ləğv ediləcəyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

 

AMEA rəsmisi bildirib ki,  belə xəbərlər rəsmi qərara əsasən həyata keçirilir:

 

“Adətən belə qərarlar olanda AMEA-nın rəsmi saytında yerləşdiririk. Hələ ki, belə bir hal yoxdur”.

 

Qeyd edək ki, bəzi mətbuat səhifələrində AMEA-nın iki institutunun – Qafqazşünaslıq və Elm Tarixi institutlarının ləğv ediləcəyi barədə informasiyalar yer alıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı