Modern.az

Şəmkirdə itən 17 yaşlı qız Sumqayıtda tapıldı

Şəmkirdə itən 17 yaşlı qız Sumqayıtda tapıldı

Aktual

10 Yanvar 2020, 12:37

Şəmkirdə bir ay əvvəl toyu olan və itkin düşən qız tapılıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həsənovanın yeri Sumqayıt şəhərində müəyyən edilərək ailə üzvlərinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Xatırladaq ki, Şəmkir rayon sakini, 2002-ci  il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı. O, ötən ilin dekabrında ailə qurub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı