Modern.az

“Real” İspaniya Super kubokunun qalibi oldu

 “Real” İspaniya Super kubokunun qalibi oldu

Aktual

13 Yanvar 2020, 01:00

İspaniya Super kubokunun final qarşılaşması yekunlaşıb.

Modern.az  xəbər verir ki, Səudiyyə Ərəbistanında təşkil olunan turnirdə  Madrid şəhərinin iki təmsilçisi  “Real”  və "Atletiko" qarşılaşıblar. Oyunun əsas və əlavə vaxtında komandalar hesabı aça bilməyiblər.

Oyunun 116-cı dəqiqəsində "Atletiko"nun müdafiəçisi Federiko Valverde qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb.

Penaltilər seriyasında  “Real”  qəbini 4:1 hesabı ilə məğlub edərək 11-ci dəfə İspaniya Super kubokunun qalibi olub.


Qeyd edək ki, yarımfinalda “Real” “Valensiya”ya 3:1, “Atletiko” “Barselona”ya 3:2 hesabı ilə qalib gəlib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı