Modern.az

“Rüstəm İbrahimbəyov Bakıya ona görə gəlir ki...”

“Rüstəm İbrahimbəyov Bakıya ona görə gəlir ki...”

Current

13 Yanvar 2020, 16:04

“Rüstəm İbrahimbəyovun Bakıya gəlişi seçkiqabağı situasiya ilə bağlı deyil. O, Bakıya ona görə gəlir ki, bura onun vətənidir. Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşıdır, Kinomatoqrafçılar İttifaqının sədridir. İttifaqa rəhbərlik etmək üçün periodik olaraq Bakıda olmalıdır”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycan Kinomatoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun Bakı səfərini şərh edərkən deyib.

 

İttifaqın katibi bildirib ki, Bakı Rüstəm İbrahimbəyovun vətəni olmaqla yanaşı, həm də iş yeridir:

 

“Rüstəm İbrahimbəyov 2019-cu ilin dekabrında da Bakıda olub. Kino evində Kamil Nəcəfzadənin xatirə gecəsində, kino məktəbimizin dərslərində iştirak edib. Tələbələrin təqdim etdiyi işləri yoxlayıb. Eyni zamanda, o, Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarlarına əsasən həyata keçirdiyi əsas layihələrimizə rəhbərlik edəcək. Bu kino məktəbi, kino evi və kino muzeyi layihələridir. Bununla yanaşı senari müsabiqəsi də elan etmişik və Rüstəm müəllim də müsabiqənin münsiflər heyətinin rəhbəridir”.

 

Qeyd edək ki, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov 2013-cü ilin prezident seçkilərində Milli Şurasının ilk vahid namizədi olub. Lakin o, həmçinin Rusiya vətəndaşı olduğu üçün seçkiyə qatıla bilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı