Modern.az

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı AÇIQLANDI

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı AÇIQLANDI

Актуально

17 Yanvar 2020, 11:55

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

 

Nazir bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anji Kaspşiklə görüşüb, o da xarici işlər nazirləri səviyyəsində görüşün baş tutmasını dəstəkləyib:

 

"Digər hər hansı bir məsələ çıxmasa, bu ayın sonunda XİN başçılarının görüşü nəzərdə tutulur".

 

Xatırladaq ki, son görüş 2019-cu ilin dekabrın 4-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavadakı 26-cı iclası çərçivəsində baş tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı