Modern.az

Çin neft emalını 15 faiz azaltdı

Çin neft emalını 15 faiz azaltdı

Aktual

8 Fevral 2020, 00:53

Çinin xam neft emalını 15 faiz azaltdığı bildirilir.

Modern.az  xəbər verir ki, ölkədəki neftayırma zavodları xam neftin emal həcmini təxminən 15 faiz azaldıb. Koronavirusla mübarizə aparan ölkənin qarşıdakı həftələrdə emal həcmini daha da azaldacağı deyilir.

Mənbələrə görə, dövlətə məxsus, eləcə də özəl müəssisələr ötən həftə neft emalını gündəlik 2 milyon barrelə endirib.

Qeyd edək ki, Çin dünyanın ən böyük xam neft idxalçısıdır. Çinin neft emalını azaltması dünyada enerji bazarını sarsıdır. Belə olan halda isə OPEC və müttəfiqləri hasilatı daha da azaltmaqla "qara qızıl"ın qiymətində yuxarı istiqamətli dəyişikliyə nail olmağa çalışır. Belə ki, yanvarda dünya birjalarında xam neftin qiyməti 18 faiz azalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı