Neftçala şəhərində 4 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Modern.az-a məlumat verən Tibbi Ərazi İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, yanğında xəsarət alan yoxdur:
"Əraziyə 4 təcili yardım briqadası cəlb olunub. Hadisədə qorxu keçirən sakinlərə yerindəcə ambulator yardım göstərilib".