Modern.az

Bakıda İranın milli bayramı qeyd edildi

Bakıda İranın milli bayramı qeyd edildi

Aktual

10 Fevral 2020, 20:58

İranın milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə açıb.

Səfir daha sonra ölkəsinin uğurlarından danışıb: "Azadlıq və istiqlaliyyət İran xalqının əldə etdiyi dəyərlərdir. İnqilabın nailiyyəti bütün sahərdə diqqət çəkir".


C.Cahangirzadə Azərbaycan və İran əlaqələri barədə də danışıb: "İki dövlətin dostluğu və qardaşlığı əbədidir. İranla Azərbaycan əlaqələrinin inkişaf etdiyini göstərən bir sıra sübutlar mövcuddur. İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri də xüsusi əhəmiyyət kəsb edir".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı