Modern.az

Siyəzəndəki “Beşbarmaq” fəth ediləcək

Siyəzəndəki “Beşbarmaq” fəth ediləcək

Aktual

5 Oktyabr 2012, 14:49

Oktyabrın 6-7-də Siyəzən rayonunun “Beşbarmaq” massivində görkəmli Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş Qayayadırmanma (təbii qayalara) üzrə açıq Kubok keçiriləcək. Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışa ölkəmizin müxtəlif idman klublarından, habelə Gürcüstandan və Rusiyadan olan 40-dan artıq idmançı qatılacaq. Bu barədə Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən bildirilib.

Yarışın marşrutlarının qurulmasında Rusiyadan dəvət olunmuş beynəlxalq dərəcəli idman ustaları iştirak edəcəklər (Turnir barədə ətraflı məlumat almaq istəyənlər Azərbaycan Alpinizm Federasiyasının saytına (www.aaf.az) müraciət edə bilərlər.)

Maraqlı keçəcəyi gözlənilən turnirdə iştirak etmək istəyən mətbuat təmsilçilərinə lazımi şərait yaradılacaq. Siyəzən rayonu “Beşbarmaq” massivinə jurnalistlərin rahat gedib-gələ bilməsi üçün marşrut təşkil olunacaq, əlavə xərclər (yemək-içmək və s.) təşkilatçılar tərəfindən ödəniləcək.

Turnirə qatılmaq istəyən jurnalistlər mobil telefonla 0558402633 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı