Artıq bir neçə gündür ki, şəhərin müxtəlif nöqtələrində simkartlar yoxa çıxıb. Satıcılar isə bildirirlər ki, kontur yoxdur, ayın sonunda olacaq. Modern.az məsələylə bağlı “Azercell Telekom” MMC-nin mətbuat xidməti ilə əlaqə saxlayıb.
Qurumdan bildiriblər ki, “Azercell Telekom” MMC abunəçilərin rahatlığını təmin etmək məqsədilə onların öz balansını artırması üçün müxtəlif vasitələr təklif edir. Belə ki, abunəçilər "Azercell Telekom" MMC-nin internet səhifəsi və digər internet ödəmə səhifələri, bankomatlar və banklar, eləcə də paypoint və ödəmə kartları vasitəsilə öz balanslarını istənilən məbləğə artıra bilərlər. Alternativ ödəmə vasitələrindən istifadənin artmasını nəzərə alaraq, "Azercell Telekom" MMC ödəmə kartlarının istehsalını da müvafiq qaydada tənzimləyir. Hal-hazırda dövriyyədə olan ödəmə kartları sırasında 1 AZN məbləğində olan kartlar olmasa da, abunəçilər bu məbləği internet və ya digər yuxarıda sadalanan alternativ vasitələrlə ödəyə bilərlər.