Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov ADP sədri Sərdar Cəlaloğlunun onun yaxın adamı olması haqda Müsavat başqanının müavini Gülağa Aslanlının səsləndirdiyi ittihamlarına cavab verib. S.Novruzov Modern.az-a açıqlamasında G.Aslanlının dediklərinin yalan olduğunu bildirib. “Deyilənlər tam cəfəngiyyatdır. Belə bir şey yoxdur. Hamısı yalandır”, - deyə S.Novruzov açıqlama verib.
Qeyd edək ki, Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlunun YAP funksioneri Siyavuş Novruzovun yaxın adamı olduğunu və onun diqtəsi ilə Müsavat Partiyası və İctimai Palata haqqında sərt ifadələr səsləndirdiyini bildirib.
Anar RÜSTƏMOV