Modern.az

Rüstəm İbrahimbəyov mediaya açıqlama verməyə hazırlaşır

Rüstəm İbrahimbəyov mediaya açıqlama verməyə hazırlaşır

Aktual

23 Noyabr 2012, 14:54

Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının yarıdılmasından sonra qalmaqallı açıqlamalar verən tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov mətbuat konfransı keçirməyə hazırlaşır. Bu barədə Modern.az saytına R.İbrahimbəyovun da təmsil olunduğu Ziyalılar Forumunun üzvü Eldar Namazov məlumat verib.

E.Namazov bildirib ki, tədbirdə Rüstəm İbrahimbəyovun açıqlamaları Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı, nə də Ziyalılar Forumu barədə olacaq. Kinodramaturq ingilis dilində dərc olunan yeni kitablarının təqdimatını edəcək. Həmçinin o, yeni kino layihələri haqda mətbuata açıqlama verəcək.

Mətbuat konfransında həmçinin Azərbaycan ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri də iştirak edəcəklər.

Anar RÜSTƏMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı