Modern.az

Dəmiryolçulara növbəti illərdə mənzil veriləcək – Rəsmi qurum

Dəmiryolçulara növbəti illərdə mənzil veriləcək – Rəsmi qurum

Актуально

11 Dekabr 2012, 09:54

Azərbaycanda dəmiryolçuların yaşayış-məişət tələbatının təmin edilməsi üçün dəmiryolçulara mənzil verilməsinə növbəti illərdə baxılacaq. “Azərbaycan Dəmir Yolları” QSC-in mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun Modern.az-a verdiyi məlumata görə, hazırda QSC tərəfindən ev tikilmədiyindən hazır tikililərdən mənzillər alınır: “Hər il 5-10 nəfər dəmiryolçuya mənzil verilir. Əvvəllər növbəli prinsip əsasında işçilər mənzillə təmin olunurdular. Amma indi bu prinsip icra hakimiyyətlərinə keçib”.

  QSC rəsmisinin dediyinə görə, vaxtilə işləyib və mənzil növbəsinə dayanan işçilərə kömək məqsədilə mənzil veriləcək. Bu, ilk növbədə daha uzun müddət növbə gözləyənlərə şamil olunacaq. Amma indi rəsmi növbə siyahısı olmadığından bu da uzun müddət dəmiryolunda çalışanlar və vaxtilə mənzil növbəsinə dayananlara aiddir. Proses isə növbəti illərdə baş tutacaq.  

Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda dəmiryolçuların yaşayış-məişət tələbatının təmin edilməsi üçün burada mənzil növbəsində duranlara yeni tikililərdə 150 yeni mənzil veriləcək. QSC sədri onu da bildirib ki, indiyədək bu məqsədlə QSC və onun Həmkarlar İttifaqı tərəfindən ümumi sahəsi 1400 kv. metr olan 60 mənzil alınaraq dəmiryolçulara verilib.  

Gültəkin Ələsgər
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı