Modern.az

Qanunsuz ov edən şəxs saxlanıldı

Qanunsuz ov edən şəxs saxlanıldı

Aktual

24 Yanvar 2022, 11:00

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Biləsuvar rayonunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə İmişli rayon sakini Mirasim Əzimov qanunsuz ov edərkən saxlanılıb. Həmin şəxsdən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

 

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı