Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.
Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, daha 168201 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 12452765 nəfərə çatıb.
Son sutka ərzində 682 nəfərin, ümumilikdə 334039 nəfərin koronavirusdan öldüyü açıqlanıb.