Modern.az

"Qarabağ" "Neftçi" ilə oyuna ciddi itkilərlə çıxacaq

Актуально

6 Fevral 2022, 16:34

"Qarabağ" səfərdə "Neftçi"yə qarşı keçirəcəyi matça ciddi itkilərlə çıxacaq.

 

Modern.az xəbər verir ki, "köhlən atlar"ın heyətində zədəlilər - Şahruddin Məhəmmədəliyev və Xayme Romero ilə yanaşı, Patrik Andrade də oynaya bilməyəcək. Sarı vərəqə limitini dolduran 29 yaşlı kabo-verdeli yarımmüdafiəçi cəzalı olduğu üçün bu oyunu buraxacaq.

 

"Neftçi"də isə əvəzedici heyətə göndərilmiş Mirabdulla Abbasov və zədəli Aqil Məmmədovu nəzərə almasaq, heç bir itki yoxdur.

 

Qeyd edək ki, fevralın 7-də "Bakcell Arena"da keçiriləcək "Neftçi"-"Qarabağ" matçı saat 19:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı