Modern.az

Ağacan Abıyev Sahil Babayevdən nə gözləyir...

Ağacan Abıyev Sahil Babayevdən nə gözləyir...

Aktual

10 Fevral 2022, 17:01

Ötən gün Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib. O, bu postda fövqəladə hallar naziri Kəmaləddin Heydərovu əvəzləyib.

 

Konfransda həmçinin, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.

 

Son vaxtlar elə də uğurlu fəaliyyəti ilə diqqət çəkməyən Azərbaycan Boks Federasiyasının fəaliyyətində hansı yeniliklər gözlənilir? Sahil Babayev yeni vəzifəsində uğur qazana biləcəkmi?

 

Bu barədə Modern.az-a danışan Azərbaycan Boks Federasiyasının keçmiş rəhbəri, sabiq deputat Ağacan Abıyevin Sahil Babayevdən gözləntiləri böyükdür.

 

İndiyədək Federasiyanın bir çox uğurlara imza atdığını söyləyən A.Abıyev bundan sonra da qələbə xəbərlərinin eşidiləcəyini söyləyib:

 

“Federasiya daim inkişafda olub. Bundan sonra da biz federasiyanın fəaliyyətində inkişaf görəcəyik. Yeni rəhbər seçilmiş Sahil Babayevin səyləri Federasiyanın uğurlarının artmasına kömək edəcək. Bir sözlə, federasiya daha da inkişaf edəcək. Sahil Babayevi Boks Federasiyasına seçilməsi münasibətilə təbrik edir, ona işlərində uğurlar arzu edirik”.

 

Qeyd edək ki, 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib

 

Turqay Musayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı