Modern.az

Yas keçirən restoran sahibi HƏBS EDİLDİ

Yas keçirən restoran sahibi HƏBS EDİLDİ

Aktual

12 Fevral 2022, 12:49

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən restoranlardan birində karantin qaydalarına zidd olaraq yas məclisi təşkil edilməsinin qarşısı alınıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları həmin restoranda profilaktik tədbir keçirən zaman yas mərasimini sifariş edən A.Mehralıyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400 manat cərimə olunub.

 

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq mərasimi təşkil edən restoranı icarə əsasında işlədən M.Muradov barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib.

 

Həmin şəxs məhkəmənin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı