Türkiyənin “Fənərbaxça” klubu növbəti mövsümdə hücum xəttində oynamaq üçün təcrübəli futbolçu axtarışındadır.
Modern.az xəbər verir ki, komanda bu səbəbdən rusiyalı hücumçu Artem Dzyubanı gündəmə gətirib.
Transfer qiyməti 9 milyon avro olan Artem Dzyuba hava toplarında səmərəliliyi və güclü bədən quruluşu ilə diqqət çəkir. Hündürboylu 33 yaşlı Artem Dzyuba bu mövsüm Rusiyada “Zenit”in heyətində 17 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.
Boyuna görə hava toplarında təsirli olan futbolçu Rusiya millisində 55 matçda 30 qol vuraraq diqqət çəkib.
Turqay Musayev