Modern.az

Ukraynadan TƏKZİB: Hava məkanı açıqdır

Ukraynadan TƏKZİB: Hava məkanı açıqdır

Aktual

13 Fevral 2022, 17:45

Ukraynanın İnfrastruktur Nazirliyi ölkənin hava məkanının bağlanması ilə bağlı məlumatı təkzib edib.

 

Modern.az xəbər verir ki, müvafiq bəyanat idarənin Facebook səhifəsində yerləşdirilib.

 

"Ukrayna üzərində hava məkanı açıq qalır. Dövlət hava daşıyıcıları üçün risk xəbərdarlığı üzərində işləyir. Ukrayna hava məkanının bağlanması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hava məkanının bağlanması Ukraynanın suveren hüququdur, bununla bağlı heç bir qərar qəbul edilməyib", - nazirlikdən bildiriblər.

 

Məlumatda qeyd edilib ki, əksər aviaşirkətlər məhdudiyyətsiz fəaliyyətlərini davam etdirirlər.

 

Bundan əlavə, nazirlik sığorta bazarı ilə bağlı yaranmış vəziyyətə də münasibət bildirib: "Bəzi daşıyıcıların sığorta bazarlarında baş verən dalğalanmalarla bağlı çətinlikləri var. Dövlət də öz növbəsində aviadaşıyıcıları dəstəkləməyə hazırdır və aviasiya bazarının dəstəklənməsi üçün əlavə maliyyə təminatları verməyi planlaşdırır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı