Modern.az

Tovuzun elektrik enerjisi təchizatı yaxşılaşdırılır

Tovuzun elektrik enerjisi təchizatı yaxşılaşdırılır

Aktual

16 Fevral 2022, 23:32

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülür.

 

Modern.az xəbər verir ki, millət vəkili Arzu Nağıyevin təklifi nəzərə alınaraq “Azərişıq” ASC tərəfindən Tovuz rayonunun Qaradaş, Papaqçılar, Səfərli və Qandallar kəndlərində əsaslı şəkildə yenidənqurma işləri aparılmağa başlanılıb.

 

Bu gün Millət vəkili Tovuz rayonunun Qovlar şəhərində inşasına başlanılmış Qovlar 110/35/10 kilovoltluq yarımstansiyanın inşası və Qaradaş kəndində görülən işlərlə yerində tanış oldu, həmçinin seçicilərlə görüş keçirərək onları maraqlandıran suallara aydınlıq gətirdi. Daha sonra Tovuz rayon Elektrik Şəbəkəsində baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində də görülən işlərlə tanış olub.

 

Sakinlər rayonun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsində göstərdikləri dəstəyə görə Milli Məclisin rəhbərliyinə, “Azərişıq” ASC-nin rəhbərliyinə və əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı