“Putinin Türkiyəyə səfərinin tarixi hələlik müəyyən edilməyib. Hazırda səfərin vaxtı razılaşdırılır”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
Peskov, həmçinin qeyd edib ki, bu gün Rusiya Amerikaya cavab verəcək.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın ikinci yarısında Türkiyəyə səfər edəcəyi bildirilirdi.