Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
Modern.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gəlib.
Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Böyük Dəbilqənin qalibi olub.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.
***
17:38
Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Hidayət Heydərov finala vəsiqə qazanıb.
Modern.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz startda Oron Qiner (İsrail), daha sonra almaniyalı İqor Vandtkeyə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda idmançımız İsrail təmsilçisi Tohar Butbulu məğlub edərək finala yüksəlib. Onun həlledici mərhələdə rəqibi özbəkistanlı idmançı Obidxon Nomonov olacaq.