Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirətdə olan Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının sədri (ACP) Sülhəddin Əkbərlə Türkiyədə görüşəcəyi haqda müxtəlif məlumatlar yayılıb. Seçkiöncəsi siyasi prosseslərlə bağlı partiya rəhbərlərinin Türkiyədə görüşü ilə bağlı ACP-nin Təşkilat şöbəsinin müdiri Meydan Babayev Modern.az-a məlumat verib. Sülhəddin Əkbərin hazırda Türkiyədə olduğunu deyən M.Babayev onun Rəsul Quliyevlə görüşəcəyi haqda məlumatları təkzib etməyib.
“Bir şeyi həqiqətən təsdiq edə bilərəm ki, Sülhəddin bəy həqiqətən Türkiyədə səfərdədir. Onun Rəsul bəylə görüşüb görüşməyəcəyi haqda və eləcə də başqa planları haqda məlumatım yoxdur”.
Qeyd edək ki, Açıq Cəmiyyət Partiyasın sədri Sülhəddin Əkbər Türkiyə səfərinin yanvarın 18-dək davam edəcəyi planlaşdırılır.
Anar RÜSTƏMOV