Modern.az

Misir Prezidenti Azərbaycana gələcək

Misir Prezidenti Azərbaycana gələcək

Aktual

23 Fevral 2022, 11:50

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfər edəcək.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.

 

Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən səfər təxirə salınmışdı.

 

Səfir əlavə edib ki, Əbdülfəttah əs-Sisinin Bakıya səfərinə hazırlıq məqsədilə Misir xarici işlər naziri Sameh Şükrü Bakıya gələcək. Lakin diplomat Misir Prezidentinin Bakıya səfərinin dəqiq tarixini açıqlamayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı