Ukraynada dərhal hərbi vəziyyət tətbiq oluna bilər.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb.
“Ukraynada lazım gələrsə, dərhal hərbi vəziyyət tətbiq oluna bilər. Belə qərara ehtiyac olarsa, dərhal veriləcək”,- Milli Təhlükəsizlik və Müdafiə Şurasından bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl Ukraynada fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul olunub.