"Rusiya Prezidenti Vladimir Putinin işğala başladığı gündən bəri 450 rus əsgəri və 194 ukraynalı, o cümlədən 57 mülki şəxs həlak olub".
Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heappey İcmalar Palatasında deputatlara bildirib.
Qeyd edək ki, daha öncə Birləşmiş Millətlər Təşkilatının Hüquq Şurası müharibə zamanı 25 mülki şəxsin həlak olduğunu açıqlamışdı.
Turqay Musayev