Modern.az

Əlibaba Məmmədov I Fəxri Xiyabanda dəfn olunacaq

Əlibaba Məmmədov I Fəxri Xiyabanda dəfn olunacaq

Aktual

26 Fevral 2022, 09:57

Xalq artisti Əlibaba Məmmədov birinci Fəxri xiyabanda dəfn olunacaq.

 

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov ötən gün 92 yaşında dünyasını dəyişib.

 

Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib.

 

Xalq artisti “İnandır məni”, “Yaşa hələ”, “Sən gərək güləsən”, “Səni gözlər” kimi məşhur mahnıları səsləndirib.

 

1963-cü ildə Azərbaycanın əməkdar artisti, 1989-cu ildə Xalq artisti fəxri adlarını alıb. “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı