Modern.az

Ukraynadan təkzib: "Danışıqlardan imtina etməmişik"

Ukraynadan təkzib:

Aktual

26 Fevral 2022, 20:33

Ukrayna Rusiya ilə müzakirələrdan imtina etməsi barədə iddiaları təkzib edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin katibliyindən UNİAN agentliyinə bildirilib.

 

“Bu, doğru deyil. Biz qarşıdurmaların azalması üçün həqiqi təkliflərə açığıq”, - açıqlamada deyilir.

 

Bu gün Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya prezidenti Vladimir Putin ötən gün günortadan sonra Kiyevlə gözlənilən danışıqlarla əlaqədar Ukraynada qoşunların irəliləyişini dayandırmağı əmr edib, lakin Ukrayna tərəfi danışıqlardan imtina etdiyinə görə, əməliyyat planına uyğun olaraq bu gün günortadan sonra Rusiyanın əsas qüvvələrinin irəliləməsi bərpa edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı