Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadakı hadisələrdən danışıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, Belarusa Ukraynadan silahlar gətirib, ölkədə təxribatlar törətmək üçün quldur dəstələri yaradırdılar:
"Üstəlik, Ukraynadakı münaqişə hələ tumurcuq dövrünü yaşayır, inkişaf etməyə davam edərsə, meyvələri də olacaq. Eyni zamanda, Ukraynada nə Belarus əsgəri, nə silahı, nə sursatı var. Rusiyaya kömək lazım da deyil. Onu da deyim ki, Kiyevi hələ heç kim bombalamayıb".
Qeyd edək ki, bir qədər əvvəl Belarus ərazisindən Ukraynaya atılan raketin zərərsizləşdirilməsi barədə məlumat yayılıb.