Modern.az

Son sutkanın peyvənd statistikası

Son sutkanın peyvənd statistikası

Aktual

27 Fevral 2022, 15:51

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 208 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 372, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20744, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 540 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 982 355, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 298 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 784 850, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 694 562, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 204 315 təşkil edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı