Modern.az

Xarkovda rus hərbçilər əsir götürüldü

Xarkovda rus hərbçilər əsir götürüldü

Актуально

27 Fevral 2022, 17:09

Xarkov şəhərində bir qrup rusiyalı hərbçi əsir götürülüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarkov hərbi-mülki administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

 

Onun sözlərinə görə, rus hərbçiləri tam tükənmiş və ruhdan düşmüş vəziyyətdədirlər:

 

“Ukraynaya hücum başlayandan onlara yemək və su verilmir, texnikalarının yanacaq ehtiyatı yoxdur. Rus döyüşçüləri mövqelərini tərk edərək dinc əhalinin arasında gizlənməyə çalışır, insanlardan paltar və yemək istəyirlər”.

 

Sinequbov Xarkov vilayətinin sakinlərini diqqətli olmağa, yad adamlara qapı açmamağa, rusiyalı hərbçilərə gizlənməyə kömək etməməyə çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı