Modern.az

Xarkovda son durum: Ruslar geri çəkildi

Xarkovda son durum: Ruslar geri çəkildi

Aktual

27 Fevral 2022, 17:33

Ukrayna qüvvələri Xarkov şəhərindən rus hərbçilərini çıxararaq nəzarəti bərpa edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarkov qubernatoru Oleq Sinegubov bildirib.

 

“Xarkov üzərində nəzarət tamamilə bizimdir. Silahlı qüvvələr, polis və müdafiə qüvvələri işləyir və şəhər tamamilə düşməndən təmizlənir", - deyə qubernator vurğulayıb.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya tankları Xarkovla yanaşı İrpen ərazisinə də daxil olmuşdu. Lakin Ukrayna Silahlı Qüvvələri onları İrpen ərazisindən çıxara bilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı