Modern.az

18 mindən çox ukraynalı Almaniyaya qaçıb

18 mindən çox ukraynalı Almaniyaya qaçıb

Aktual

4 Mart 2022, 17:15

Rusiyanın Ukrayanaya təcavüzünün ardından Almaniyaya 18 mindən çox ukraynalı gəlib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Maksimilian Kall Berlində keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

 

Almaniya Federal Polisinin məlumatına görə, onların əksəriyyəti qadın və uşaqlardır.

 

Kall deyib ki, ümumi qaçqınların 15 minə yaxını Ukrayna vətəndaşları, 3 minə yaxını isə Avropa İttifaqından kənar vətəndaşlardır.

 

O,  həm də aydınlaşdırıb ki, müharibə zonasından qaçan insanlar Ukrayna vətəndaşı, yaxud üçüncü ölkə vətəndaşı olmasından asılı olmayaraq, Aİ-yə daxil ola bilərlər.

 

Digər ölkələrdən olan qaçqınların əksəriyyətinin Ukraynada daimi yaşayış yeri olub, bu o deməkdir ki, onlar sığınacaq prosedurundan keçməli deyillər.

 

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, indiyədək bir milyondan çox qaçqın cəmi 7 gün ərzində Ukraynanı tərk etməyə məcbur olub.


Turqay Musayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı