Modern.az

İndiyədək 9500 vətəndaşımız təxliyə olunub - RƏSMİ

İndiyədək 9500 vətəndaşımız təxliyə olunub - RƏSMİ

Güncel

5 Mart 2022, 15:08

İndiyədək 9500 Azərbaycan vətəndaşı Ukraynadan qonşu ölkələrə təxliyə olunub.


Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı  Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

 

"Qonşu ölkələrlə qısa müddətdə razılaşmalar əldə olunub. Ən çox Moldovaya, Polşaya, Slovakiyaya keçid olub. Bu gün Polşaya çarter reysi nəzərdə tutulub. İlkin olaraq qadınlar, uşaqlar, tələbələr təxliyə olunub. Bu məsələlər ölkə başçısının nəzarətindədir. Əfsuslar olsun ki, orada hələk olanlar da var. Onların yaxınlarına başsağlığı veririk", - deyə XİN başçısı vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı