Modern.az

Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır

Güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır

Current

7 Mart 2022, 13:36

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb.

 

Modern.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə millimizin 4 üzvü mübarizə aparır.

 

Ziya Babaşov (63 kq) 1/4 finalda israilli Abere Fetene ilə qarşılaşacaq. 

 

Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqar Martin Dimitrovla üz-üzə gələcək.

 

Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində danimarkalı Turpan Bisultanovla münasibətləri aydınlaşdıracaq.

 

Sərxan Məmmədov (130 kq) 1/4 finalda çexiyalı Marsel Albiniylə qarşılaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı