NATO ölkələrinin müdafiə nazirləri martın 16-da Şimali Atlantika Şurasının videokonfrans vasitəsilə növbədənkənar iclasını keçirəcəklər.
Modern.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
"Martın 16-da Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində planlaşdırılmamış iclası keçiriləcək. Nazirlər təhlükəsiz telekonfrans vasitəsilə danışıqlar aparacaqlar", - açıqlamada deyilir.
Bundan əlavə, görüşdə müzakirə ediləcək məsələlər barədə məlumat verilməyib.