Modern.az

Gürcüstanda yanacaq bahalaşır

Gürcüstanda yanacaq bahalaşır

Aktual

13 Mart 2022, 14:15

Gürcüstanda yanacağın qiyməti 4 larini keçəcək və artım mayın sonuna qədər davam edəcək.

 

Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə iqtisadçı Oto Abesadze proqnoz verib.

 

Onun sözlərinə görə, əgər yaxın 6 ayda dövlət inflyasiyanı əlində saxlaya bilsə və dolların məzənnəsi 2,5 lari səviyyəsində sabitləşsə, yanacağın qiyməti orta hesabla 1 litr üçün 2 lari olacaq.

 

Abesadze bunun üçün aşağıdakı amillərin həyata keçirilməli olduğunu deyib:

 

 Avropa İttifaqı üzvlüyünə namizəd ölkə olmaq;

Bu status çərçivəsində yeni investisiyaların cəlb edilməsi;

Kiçik hökumət modelinə keçilməsi;

Büdcənin xərclər hissəsindən 5 milyard lari daha az xərclənilməsi;

Vergi islahatının aparılması;

Yanacağın aksiz vergisi ləğv edilməli;

ƏDV-də üzən rejimə keçilməli və 10% səviyyəsində dayanılmalıdır.

 

Xatırladaq ki, iqtisadçı Oto Abesadze 12 fevral tarixində yanacağın qiymətinin artacağı və 3.50 tetri - 4 lari arasında olacağı proqnozunu vermişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı