Modern.az

Ukrayna Rusiyanın itkilərini açıqladı: 15,3 min nəfər

Ukrayna Rusiyanın itkilərini açıqladı: 15,3 min nəfər

Aktual

22 Mart 2022, 13:54

Rusiya qoşunlarının Ukraynada verdiyi canlı qüvvə itkisi fevralın 24-dən martın 22-dək 15,3 min nəfər təşkil edir.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Facebook səhifəsində bildirilib.

Qeyd edilib ki, müharibənin əvvəlindən işğalçılar 509 tank, 1556 zirehli döyüş maşını, 252 artilleriya sistemi, 80 reaktiv yaylım atəş sistemi, 45 hava hücumundan müdafiə sistemi, 99 təyyarə, 123 helikopter, 1000 texnika, 3 gəmi/qayıq, yanacaq-sürtkü materialları olan 70 çən, 35 əməliyyat-taktiki səviyyəli PUA və 15 ədəd xüsusi texnika itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı