Modern.az

Qənirə Paşayeva gənc ailələrin mənzil probleminin həllinə çağırıb

Qənirə Paşayeva gənc ailələrin mənzil probleminin həllinə çağırıb

Актуально

1 Fevral 2013, 16:13

“Azərbaycanda artıq sosial ipoteka ilə bağlı məsələnin reallaşdırılması və öz həllini tapması sürətləndirilməlidir.
Çünki insanların, xüsusilə, gənclərimizin, gənc ailə sahibi olan vətəndaşlarımızın öz mənzil şəraitlərini yaxşılaşdırmaları üçün sosial ipotekadan yararlanmalarına böyük ehtiyacları var”.

Bu fikirləri Milli Məclisi fevralın 1-də öz işinə başlayan yaz sessiyasının ilk iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib.

”Qeyd etmək istəyirəm ki, nəhayət sosial ipoteka ilə bağlı məsələnin öz həllini tapması zamanıdır. Çünki mənzil və ev alma bu gün gənclərimizin və gənc ailə sahiblərimizin ən böyük problemlərindən və çətinliklərindən biridir. Parlament olaraq, biz bu məsələyə öz dəstəyimizi verməliyik. Yəni, “Sosial ipoteka haqqında” yeni qanun layihəsini, o cümlədən, qüvvədə olan “İpoteka haqqında” mövcud qanuna dəyişikliyi nəzərdə tutan qanunvericilik aktını yaz sessiyasının müzakirəsinə çıxarıb, qəbul etməliyik.
İnsanlarımız, gənclərimiz bunu səbirsizliklə gözləyirlər. Çünki gənclərimizin, gənc ailə sahibi olan vətəndaşlarımızın böyük əksəriyyətinin mənzilə, evə ehtiyacları var. Onlar ipoteka yolu bu məsələni həll etmək istəyirlər. Ona görə bir daha parlament rəhbərliyindən xahiş edirəm ki, bu məsələnin həllini sürətləndirsinlər”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı