Modern.az

Gəncə Dövlət Universitetində maarfləndirici tədbir keçirildi

Gəncə Dövlət Universitetində maarfləndirici tədbir keçirildi

Aktual

2 Aprel 2022, 14:10

Gəncə Dövlət Universiteti Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Tahir Xələfovu və mütəxəssis Günay Baxışovanı Təhsil Tələbə Krediti haqqında maarfləndirmə məqsədilə qonaq qəbul edib.


Dəyirmi masada Universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Şahin Xurşudov, Tədris departamentinin direktoru Elturan Yusifov, Tədrisin təşkili və idarə olunması sektorunun müdiri, həmçinin  Təhsil Tələbə Krediti üzrə universitetin məsul şəxsi Sevinc Quliyeva ilə yanaşı 8 fakültə və magistratura şöbəsinin Təhsil Tələbə Krediti üzrə məsul şəxsləri iştirak edib.


Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Şahin Xurşudov çıxış edərək, universitet üzrə 2021/2022-ci tədris ili üçün I və II semestrləri üzrə e.ttkf.edu.az portalından qeydiyyatdan keçmiş tələbələr haqqında məlumat verib.


Daha sonra çıxış üçün söz TTKF İdarə Heyətinin sədr müavini Tahir Xələfova verilib. O, Təhsil Tələbə Krediti ilə bağlı maarifləndirmə məqsədli çıxış edərək slayd nümayiş etdirib. Nümayiş olunan slayd üzrə ətraflı məlumat verən Tahir Xələfov və Günay Baxışova yaranmış suallara cavab verib.


Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva Təhsil Tələbə Krediti ilə bağlı tələbələr arasında həm online şəkildə həm də əyani olaraq maarifləndirmə işləri aparılması haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra Təhsil Tələbə Krediti ilə bağlı müzakirələr aparılıb, Tədris departamentinin direktoru Elturan Yusifovun, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Məhərrəm Babayevin, Xarici dillər fakültəsinin dekan müavini Arzu Babayevanın təklifləri dinlənilib.


Sonda Tahir Xələfov universitetin Biologiya-kimya fakültəsinə reklam xarakterli plakat təqdim edib.


Məlumat üçün bildirək ki, Təhsil Tələbə Kreditinə müraciət etmək üçün e.ttkf.edu.az portalından müraciət etmək olar. Əlavə məlumat üçün fakültələr üzrə təyin edilmiş məsul şəxslərə və Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyevaya müraciət etmək olar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı