Modern.az

Telejurnalist Zakir Sadatlı vəfat etdi

Telejurnalist Zakir Sadatlı vəfat etdi

Актуально

5 Fevral 2013, 10:54

Azərbaycanın tanınmış telejurnalisti, yazıçı Zakir Sadatlı vəfat edib. Modern.az-ın məlumatına görə, uzun müddətdir  xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist bu gün dünyasını dəyişib. Mərhum doğulduğu Cəlilabad rayonunda dəfn ediləcək.

Fevralın 1-də Zakir Sadatlı qızına toy edib. Bu yaxınlarda isə yazıçının Əfqanıstanda 2 il ərzində gördüklərindən bəhs edən “Əfqanıstan uçurumu” adlı kitabı çapdan çıxıb.

Qeyd edək ki, adı çəkilən kitab AYB-nin təşkil etdiyi müsabiqədə növbəti mərhələyə keçsə də mərhum romanını geri götürmüşdü. Yaxın günlərdə kitabın təqdimatı keçiriləcəkdi.

Mərhum 1961-ci il ilin mayın 15-də dünyaya gəlib.

Allah rəhmət eləsin!

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı