Modern.az

UNEC-də təlimlərə start verildi: “Soft Skills”

UNEC-də təlimlərə start verildi: “Soft Skills”

مورد توجه

8 Aprel 2022, 10:27

UNEC Ömürboyu Təhsil Mərkəzində “Təlimçilərin Təlimi -Soft Skills” təlimlərinə start verilib.

 

Modern.az xəbər verir ki, UNEC müəllimləri üçün təşkil olunan təlimləri “soft skills” (yumşaq bacarıqlar) sahəsində böyük təcrübəsi olan israilli təlimçi İlana Vaiman Naftul aparır.

 

İlk təlimdən sonra UNEC rektoru professor Ədalət Muradov təlim iştirakçıları ilə görüşüb. Rektor ölkəmizdə yeni olan “soft skills” anlayışının əhəmiyyətindən, bu bacarıqlara tələbin iş dünyasında gündən-günə artdığını vurğulayıb və təlim iştirakçılarına uğurlar arzulayıb.

 

UNEC tərəfindən beynəlxalq təcrübə əsasında hazırlanan təlim proqramını uğurla bitirən iştirakçılar UNEC-in sertifikatını əldə edəcəklər. Onlar Ömürboyu Təhsil Mərkəzində qurumlar və müəssisələr üçün “Soft Skills” sahəsində təlimlər keçə biləcəklər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı