Milli Məclisin sabiq sədri Rəsul Quliyev Azərbaycan Ziyalılar Forumunun üzvü, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovla Amerikada görüşməsi haqda yayılan məlumatlara aydınlıq gətirib. Eks-spiker Modern.az-a açıqlamasında Rüstəm İbrahimbəyovun hazırda Amerikada olmasına baxmayaraq, onunla görüşmədiyini və belə bir görüşün aralarında planlaşdırılmadığını bildirib.
“Rüstəm İbrahimovla mənim hər hansı görüşüm olmayıb. Ümumiyyətlə, belə bir görüş planlaşdırılmayıb”-deyə sabiq spiker vurğulayıb.
Ziyalılar Forumunun üzvləri hazırda ABŞ-da olan Rüstəm İbrahimbəyovun kiminlə görüşlər keçirməsindən xəbərsiz olduqlarını deyiblər.
Anar RÜSTƏMOV