Modern.az

NATO gəmiləri Baltik dənizində

NATO gəmiləri Baltik dənizində

Aktual

15 Aprel 2022, 12:00

NATO-nun gəmiləri Baltik dənizinə daxil olub və qonşu müttəfiq ölkələrlə təlimlərdə iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Estoniya mətbuatı məlumat yayıb.

 

Qrup beş gəmidən ibarətdir və ona Niderland Kral Donanmasının “De Zeven Provincien” freqatı rəhbərlik edir.

 

İlkin vəzifə Baltik dənizi regionunda müttəfiqlərin mövcudluğunu nümayiş etdirmək və Estoniya donanması ilə birgə təlimlər keçirməkdir.

 

Qeyd edək ki, Şimali Atlantika hərbi alyansı müqavilə öhdəliklərinə uyğun olaraq müdafiə qabiliyyətini qorumaq üçün Baltik dənizində mütəmadi olaraq dəniz qüvvələrini yerləşdirir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı