Modern.az

Prezident Bakıda keçirilən konfransa qatıldı

Prezident Bakıda keçirilən konfransa qatıldı

Aktual

12 Fevral 2013, 11:24

Fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans işə başlayıb. Modern.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış oldu.

Sərgidə 2003-2012-ci illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın ayrı-ayrı sahələri - sənaye, infrastruktur, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya və s. sahələr üzrə iqtisadi inkişafı əks etdirən göstəricilər yerləşdirilib.

Bildirilib ki, 2003-2012-ci illərdə ümumi daxili məhsul üç dəfə, o cümlədən qeyri-neft sektorunda 2,4 dəfə, orta aylıq əmək haqqı 5,1 dəfə artıb. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard ABŞ dolları təşkil edib.

 Prezident İlham Əliyev konfransı giriş nitqi ilə açıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı