Modern.az

Goranboyda kümdarlara barama qurdu paylanıldı

Goranboyda kümdarlara barama qurdu paylanıldı

Current

3 May 2022, 10:30

Son illər ölkə rəhbərinin aqrar sahənin inkişafına göstərdiyi diqqət Goranboy rayonunun bu sektorunun inkişafına da öz müsbət təsirini  göstərməkdədir. Bu sahədə barama istehsalı xüsusən gəlirli sahə hesab edildiyindən cari ildə də barama istehsalına kümçülər arasında xüsusi maraq yaranıb.

İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, mayın 1-də 140 qutu barama qurdunun  kümdarlara paylanması təmin edilib. Rayonun 46 kəndində fəaliyyət göstərən kümdarlara barama istehsalı məqsədi ilə kümxanaların hazırlanmasında mütəxəssislər tərəfindən müvafiq izahatlar verilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı