Modern.az

Ermənistanda yeni prezident seçilir - 7 namizəd var

Ermənistanda yeni prezident seçilir - 7 namizəd var

Aktual

18 Fevral 2013, 09:53

Bu gün Ermənistanda növbəti prezident seçkiləri keçirilir. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, səhər saat 8.00-dan səsverməyə start verilib.

Seçkilərdə prezidentliyə 7 namizəd iştirak edir. Bunlar hazırki president, Respublika Partiyasının lideri Serj Sərkisyan, keçmiş baş nazir, “Azadlıq” Partiyasının lideri Qrant Baqratyan, keçmiş xarici işlər naziri, “İrs” Partiyasının sədri Raffi Ovannisyan,  “Milli müqəddərat ittifaqı” Partiyasının sədri Paruyr Ayrikyan, Dağlıq Qarabağ separatçı rejiminin keçmiş “xarici işlər naziri” Arman Melikyan, politoloq Andrias Qukasyan və alim Vardan Sedrakyandır.

Ermənistanın müstəqilliyi tarixində sayca altıncı prezident seçkisində 2.505.882 nəfər seçici səs verməlidir.  Seçkiləri  5166 nəfər yerli və xarici müşahidəçi izləyir.

Ekspertlər Serj Sərkisyanın qalib olacağına şübhə etmirlər. Çünki onun əsas rəqiblərisayılan Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan və “Çiçəklənən Ermənistan” partiyasının sədri, ölkənin ən varlı adamlarından olan Qagik Sarukyan, eləcə də, eks-prezident Robert Koçəryan seçkilərdə iştirak etmirlər. Heç nüfuzlu “Daşnaksütyun” Partiyası namizəd irəli sürməyib və öz elektoratını seçkiləri boykot etməyə çağırıb.

Səsvermənin ilkin nəticələri ən geci fevralın 19-da Bakı vaxtı saat 20.00-da açıqlanacaq. Yekun nəticələr isə seçkidən sonra yeddi gün ərzində məlum olmalıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı