Modern.az

Polislər ağac əkdilər - FOTO

Polislər ağac əkdilər - FOTO

Aktual

10 May 2022, 14:22

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ekoloji mühitin, xüsusən yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin formalaşmış ənənəyə uyğun olaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları Xəzər rayonunun Şüvəlan qəsəbəsinin ərazisində növbəti ağacəkmə kampaniyası keçiriblər. 

 

Modern.az xəbər verir ki, ərazidə abadlıq və təmizləmə işləri aparıldıqdan sonra polis əməkdaşları şam və zeytun tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Ağacların  küləkdən qorunması üçün qoruyucu dirəklər basdırıblar.

 

Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcəkdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı